Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya-Ermənistan münasibətlərində gərginlik - Zaxarova Yerevana mesaj verdi

“Rusiyanın hərbi mövcudluğu Ermənistanın təhlükəsizliyi üçün təhdid deyil”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bundan əvvəl Rusiyanın mövcudluğunu müsbət qiymətləndirmişdi: “İki xalqı möhkəm dostluq əlaqələri bağlayır. Rəsmi Moskva Rusiya-Ermənistan münasibətlərini ikitərəfli formatda və inteqrasiya birliklərində genişləndirmək əzmindədir”.

Mariya Zaxarova Ermənistan tərəfinin yanaşmalarında çox şeyin aydın olmadığını da vurğulayıb. O bildirib ki, Ermənistanın yanaşmalarına aydınlıq gələndə ümumi mənzərə də aydınlaşacaq:

“Moskva regional təhlükəsizlik üçün də vacib olan kifayət qədər ciddi mövzularda İrəvanın mövqeyində uyğunsuzluqlar görür. Rusiya Ermənistanın rəsmi nümayəndələrinin hansı fikirdə olduğunu, ikitərəfli kanallar vasitəsilə aydınlaşdırmağa çalışır”.

Zaxarova deyib ki, Moskva vasitəçi kimi İrəvanla Bakı arasında münasibətlərin normallaşması üçün hər şeyi edir.