Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya “Çeçenistan İçkeriya Respublikası”nı terror təşkilatı elan edib

Rusiya “Çeçenistan İçkeriya Respublikası” terror təşkilatı elan edib.

Bu barədə Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, Qroznıdakı məhkəmə “Çeçenistan İçkeriya Respublikası”nı terror təşkilatı elan edib və Rusiyadakı fəaliyyətini qadağan edib. Bu qərar, həmçinin, təşkilatın 14 Avropa ölkəsindəki 29 filialına da şamil edilib.

“Xüsusi hərbi əməliyyatın başlanğıcından bəri “Çeçenistan İçkeriya Respublikası”nın üzvləri Ukrayna silahlı birləşmələrinin tərkibində Rusiya Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarında, o cümlədən Belqorod və Kursk bölgələrində təxribat və terror hücumlarında, eləcə də Rusiya hərbçilərinin və mülki şəxslərin qətllərində iştirak edirlər”, - FSB-nin açıqlamasında qeyd olunub.

Vurğulanıb ki, 2007-ci ilin noyabr ayından bəri “Çeçenistan İçkeriya Respublikası” ilə əlaqəli strukturlara terrorçuluğa görə beynəlxalq axtarışda olan və Böyük Britaniyada gizlənən Əhməd Zakayev rəhbərlik edir. 2025-ci ilin yanvar ayında Zakayev və təşkilatın digər lideri Yusupov müvafiq olaraq 20 və 19 il həbs cəzasına məhkum ediliblər.