Rusiya bu əy ərzində böyük hücuma keçəcək - Müharibə İnstitutu
07 Fevral 2023
“Rusiya fevral ayı ərzində Ukraynaya qarşı genişmiqyaslı həlledici hücuma hazırlaşır”.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, Ukrayna rəsmiləri Rusiya qüvvələrinin fevralın ikinci yarısında genişmiqyaslı hücuma keçəcəyini ehtimal edirlər: “Ukraynanın müdafiə naziri Oliksiy Reznikovun fikrincə, Rusiya müharibənin ildönümündə, fevralın 24-də həlledici hücuma başlaya bilər. Ukrayna ordusunun adının açıqlanmasını istəməyən nümayəndəsi söyləyib ki, Rusiya yaxın 10 gün ərzində hücuma başlamaq niyyətindədir”.
Bundan başqa, ABŞ analitiklərinin fikrincə, Rusiya ilə İran arasında Ukraynadakı müharibə ilə bağlı hərbi əməkdaşlıq davam edir: “Rusiyada İranın PUA zavodunun tikilməsi planlaşdırılır”.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu və Britaniya kəşfiyyatı Rusiyanın səfərbərliyin ikinci dalğasına hazırlaşdığını açıqlamışdı.
Xatırladaq ki, Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasından da bildirilib ki, qarşıdakı aylar müharibənin taleyi üçün həlledici olacaq.