Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya bu ərazilərə hücum üçün hazırlıq görür – Ukrayna Baş Qərargahı

Rusiya ordusu hücum əməliyyatları üçün şəxsi heyətin sayını artırır.


Pressklub.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının operativ məlumatında deyilir.


"Düşmən əsas səylərini Kupyansk, Liman, Baxmut, Avdeyevsk və Şaxtyorsk istiqamətlərində hücum əməliyyatları keçirmək üçün şəxsi heyətin sayını artırmağa yönəldir", - məlumatda deyilir.


Qeyd olunur ki, gün ərzində ruslar Ukrayna ərazisinə 9 raket və 10 aviasiya zərbəsi endiriblər. Ukrayna Silahlı Qüvvələrinin aviasiyası isə Rusiya ordusunun şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 10 zərbə endirib.