Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Azərbaycan ərazisi ilə Ermənistana elektrik enerjisi nəql edəcək?

Moskva 300 MVt elektrik enerjisinin Azərbaycandan keçərək Ermənistana, oradan isə İrana nəqli mümkünlüyünü nəzərdən keçirir, bu barədə Rusiyanın energetika naziri Nikolay Şulginov RİA Novosti-yə müsahibəsində bildirib.

"Hazırda biz elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Ermənistana, oradan isə İrana və bəlkə də digər ölkələrə nəqli mümkünlüyünü nəzərdən keçiririk.

Birinci mərhələdə Tehran və Bakı ilə yeni tikinti həyata keçirmədən, mövcud infrastrukturdan istifadə etmək barədə danışırıq", deyə o bildirib. Onun sözlərinə görə, bütün layihə iştirakçıları bunda maraqlıdır.

Azərbaycan tərəfi hələ belə bir layihə haqqında məlumat yaymayıb. Azərbaycan və Ermənistan arasında hazırda enerji infrastrukturunun fəaliyyət göstərmədiyini nəzərə alaraq, çatdırılma marşrutunun necə olacağı aydın deyil.