Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Rusiya 500 min nəfərlik səfərbərlik planı hazırlayır" - "The Times"

Rusiya 500 min nəfərlik səfərbərlik planı hazırlayır.

Bunu Britaniyanın “The Times” nəşri yazıb.

Bildirilib ki, qərar bir neçə gün ərzində qəbul olunacaq: “Orduya çağırılanlar yeni genişmiqyaslı hücum üçün cəbhəyə göndəriləcəklər”.

Məlumata görə, Rusiya aprelə qədər Ukraynaya qarşı yeni genişmiqyaslı hücum həyata keçirə bilər.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib ki, Rusiya 2 milyonluq ordu yaratmağa çalışır və bunun üçün növbəti dəfə səfərbərlik elan olunacaq.