Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ruhun şad olsun, Albert! - FOTO/ VİDEO

Xankəndi-Şuşa yolunun girəcəyində qurulan və ermənilərin “döyüş və qələbə simvolu” sayılan tank götürülüb.

[video width="848" height="480" mp4="http://pressklub.az/wp-content/uploads/2023/09/vid_20230922_121352_553.mp4"][/video]

Səhər saatlarında abidəyə çevrilən tank xüsusi texnikanın vasitəsilə qoyulduğu yerdən götürülüb. Bəzi məlumatlara görə, tank nümayiş etdirilmək üçün Bakıdakı “Hərbi Qənimətlər Parkı”na gətirilir.

Qeyd edək ki, ermənilər bu tankdan Birinci Qarabağ müharibəsində "qələbə"nin simvolu kimi abidə düzəltmişdilər. Həmin tankı isə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov şəhid olmamışdan az öncə Şuşanın girəcəyində vurmuşdu.

Şəhidlərimizin qisası alındı.



Ruhun şad olsun, Albert!