Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ruben Vardanyan Qarabağdan qaçıb

Qarabağ uğrunda sona qədər mübarizə aparacağına söz verən Ruben Vardanyan Qarabağı tərk etdi.

Pressklub.az-ın məlumatına görə, bu barədə erməni mənbələri xəbər verirlər.

İddiaya görə, Xankəndidə insanları toplayan Ruben Vardanyan deyib ki, guya onun səhhətində problemlər var və Qarabağı tərk etməlidir. Eyni zamanda, o, sakinləri inandırmağa çalışıb ki, bu, onun daha "Artsax" uğrunda döyüşməyəcəyi anlamına gəlmir. Vida mərasiminin ertəsi günü Vardanyan Xankəndini tərk edib.

Erməni blogger Roman Bqadasaryan xatırladır ki, "bu, son aylarda "Artsax" uğrunda ölməyə belə hazır olduğunu daim təkrarlayan həmin Ruben Vardanyandır: "Aydıın məsələdir ki, Vardanyanın səhhətindəki problemlərə görə Qarabağı tərk etməsinin səbəbləri, sadəcə, kiçik bir hiylədir. Axı o, özünə haqq qazandırmağa çalışmalı idi".