Rövşən Əsgərov Rusiyada axtarışa verildi - FOTO
11 May 2022
Azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov Rusiyada axtarışa verilib.
“TASS” xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında yer alıb.
“Rövşən Əsgərov Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışa verilib”, - deyə məlumatda qeyd olunub.
Bununla belə, burada söhbətin hansı maddədən getdiyi açıqlanmayıb.
Xatırladaq ki, aprelin sonu Rusiyada Rövşən Əsgərov barəsində cinayət işi başlanılıb. O, sosial şəbəkələrdəki paylaşımlarında nasizmi bərpa etməkdə ittiham olunur.
RF İstintaq Komitəsi müəyyən edib ki, 49 yaşlı Əsgərov feysbukda rusiyalı sərkərdə, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar paylaşıb.
R. Əsgərov isə barəsində açılan cinayət işi ilə bağlı açıqlamasında nasizmi reabilitasiya etmək ittihamlarını rədd edib. O bildirib ki, cinayət işinin açılmasına səbəb olan paylaşımındakı bütün sözlərində böhtan, yalan, nasizmin reabilitasiyası yoxdur. “Heç olmasa, vikipediyada hər şeyi yoxlamaq olar. Onların xəstə fantaziyası var”.