"Rövşən Əsgəriov" həbs olunmalıdır - Məhkəmə qərar verdi
09 İyun 2022
Moskva Şəhər Məhkəməsi “Nə? Harada? Nə vaxt?” oyununun iştirakçısı Rövşən Əsgərov barəsində qiyabi həbs qərarını qüvvədə saxlayıb.
Rusiya mediası xəbər verir ki, məhkəmə R.Əsgərovun apellyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, Əsgərov nasizmi reabilitasiya etməkdə ittiham olunur. Aprelin sonunda ona qarşı cinayət işi qaldırılıb. İstintaqın məlumatına görə, telejurnalist sosial şəbəkədə SSRİ marşalı Georgi Jukovun xatirəsini ləkələyən yalan məlumat yayıb.
Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi onu axtarışa vermişdi. Bununla bağlı açıqlama verən Əsgərov uzun müddət Rusiyada yaşamadığını və ekstradisiyadan qorxmadığını bildirib.