Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rövnəq Abdullayev AFFA prezidenti postunu tərk edir

AFFA-nın prezidenti Rövnəq Abdullayev aprelin 2-də keçiriləcək Hesabat-Seçki Konfransında namizədliyini irəli sürməyəcək.

Milli assosiasiyanın rəsmi saytı xəbər verir ki, o, bu barədə Gəncədə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında bildirib.

Toplantıda bir neçə məsələ müzakirə olub və qərarlar qəbul edilib:

1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilsin;

2. Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilən futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

- İsmayıl Əliyev

- Esmiralda Ələkbərova (həkim)

- Qara Qarayev

- İqor Ponomaryov

- Vaqif Sadıqov

- Maşallah Əhmədov

Qeyd edək ki, “Kəpəz” Futbol Akedemiyasının tikintisi ilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.