Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ronaldo “Qızıl top”unu satıb

Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo aldığı “Qızıl top” mükafatlarından birini satıb.

38 yaşlı hücumçunun qəniməti yeni sahibini hərracda tapıb.

İsrailli milyarder İdan Ofer bunun üçün 600 min avro ödəyib. Satışdan əldə olunan bütün vəsait “Make-A-Wish” fonduna köçürülüb. Bu fond ağır, ölüm təhlükəli xəstəliyə düçar olan uşaqlara yardım edir.

Qeyd edək ki, Ronaldo üç dəfə “France Football”, iki dəfə FİFA-nın “Qızıl top”unu alıb.