Rişi Sunak İran haqda: “Bu, vəhşilik və qorxaqlıqdır"
14 Yanvar 2023
“İran və Britaniya vətəndaşı olan Əlirza Əkbərinin edam edilməsi məni dəhşətə gətirib”.
Bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak tviterdə yazıb.
O bildirib ki, bu, vəhşi və qorxaq hərəkətdir: “Bu, öz xalqının insan haqlarına hörmətlə yanaşmayan rejimin vəhşiliyi və qorxaqlığıdır. Düşüncələrim Əlirzanın dostları və ailəsi ilədir”.
Qeyd edək ki, İran məhkəməsi ölkənin müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbəri barədə ölüm hökmü çıxarıb. İranın Məhkəmə Sistemi onun edam olunduğunu açıqlayıb.