Logo
news content
User
Kateqoriyalar

Xəbər

Reznikov: "Bu il qalib gələcəyik"

Ukraynanın Müdafiə naziri Aleksey Reznikov Rusiya ilə danışıqlar və müharibənin gedişatı perspektivi barədə danışıb.

Pressklub.az Almaniyanın “Bild” nəşrinə müsahibəsində Rusiya ilə danışıqlar perspektivini istisna edib: “Rusiya ilə danışıqlar heç vaxt olmayacaq”.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar mümkün deyil: “Biz Rusiyanın nüvə ritorikasından qorxmuruq. Bu, blefdir. Mən rusları tanıyıram. Onlar nüvə silahından istifadə etməklə istəklərinə nail ola bilməzlər”.

O.Reznikovun sözlərinə görə, gələcəklə bağlı yeganə ssenari Ukraynanın ərazi bütövlüyünün bərpa olunmasıdır: “Biz 1991-ci il sərhədlərimizi bərpa edəcəyik. Vəziyyətin mürəkkəb olmasına baxmayaraq, müharibənin bu il, bizim qələbəmizlə bitəcəyinə inanıram. Mən optimistəm. Döyüş şəraitini, bizə verilən dəstəyi görürəm. Başa düşürəm ki, bu il qələbə qazanmağımız üçün şanslar var”.

Nazir, həmçinin söyləyib ki, Qərb ölkələri Ukraynanı bir neçə növ qırıcı ilə təmin edəcək: “Əminəm ki, bizim 2 və ya 3 növ qırıcımız olacaq”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.