Logo
news content
User
Kateqoriyalar

Xəbər

Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmə evə buraxılıb

Bakıdakı 3 saylı Uşaq Evində saxlanılan və bir neçə gün əvvəl 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmə M.Hacıyev evə buraxılıb.

Bu barədə xəstəxanadan məlumat verilib.

Qeyd olunub ki, yeniyetmə qardaşının ərizəsi əsasında onun himayəsində evə ambulator müalicəyə göndərilib.

Xatırladaq ki, xəstəxananın baş həkimi Ağahəsən Rəsulov bu gün işdən çıxarılıb.