Rəsmi səviyyədə etiraf: Nazirlik "şirinlik" verməməyə çağırdı
11 May 2023
Elm və Təhsil Nazirliyi valideynlərə müraciət edib.
Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov canlı yayımda bildirib.
O, bildirib ki, övladları birinci sinfə qəbul olan valideynlər məktəb direktorlarına hər hansı bir “şirinlik” verməsinlər: “Bunu istəyən direktorlar qanun pozuntusu edirlər. Belə hallarla qarşılaşan valideynlər hüquq-mühafizə orqanlarına, nazirliyə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edə bilərlər. Valideynlər xəbər verməklə bizə köməklik etmiş olarlar”.
O bildirib ki, valideynlər öz hüquqlarını müdafiə etməlidirlər:
“Şagirdin bütün sənədləri qaydasındadırsa, məktəbin həmin uşağı qəbul etməmək kimi şansı yoxdur”.