Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçisi postuna namizəddir

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçisi təyin edilə bilər.

Türkiyə mətbuatı xəbər verir ki, uğursuz mövsümdən sonra İstanbul nəhəngi yeni baş məşqçi axtarışına başlayıb.

Qurban Qurbanovla yanaşı, siyahıda Arda Turan, Nuri Şahin və İlhan Polat, Razvan Luçeskunun da adı var. 

“Beşiktaş” Sergen Yalçınla yollarını ayırıb. 

Qeyd edək ki,  bundan öncə də Qurban Qurbanov “Beşiktaş”ın məşqçilər siyahısında yer almışdı.