Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Qudurmuş Polşanı vura bilərik..." - Medvedev yenə hədələdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO ölkələrinə Ukraynaya qırıcı təyyarələr verməmək barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Kiyevə bu cür təyyarələrlə istənilən yardım, o cümlədən texniki xidmət və təmir “alyansın Rusiyaya qarşı müharibəyə birbaşa daxil olması” kimi qiymətləndiriləcək.

Medvedev qeyd edib ki, bu halda Polşa Rusiyanın əsas hədəfinə çevriləcək: “Əgər təsəvvür etsək ki, gələcəkdə təhvil veriləcək NATO təyyarələrinə onların hərbçiləri hansısa "qudurmuş" Polşa ərazisində xidmət göstərəcək... Bu, NATO-nun baş verı biləcək bütün mümkün nəticələri göz önünə alaraq Rusiyaya qarşı birbaşa müharibəyə girməsi demək olacaq", - o, Telegram kanalında yazıb.

Medvedev həmçinin vurğulayıb ki, "belə texnika və ya silahların tədarükü (təmiri) ilə bağlı qərar qəbul edən bütün şəxslər, xarici muzdlular və hərbi təlimatçılarla birlikdə qanuni hərbi hədəf kimi qəbul edilməlidir".

Daha əvvəl Varşava Ukraynaya qırıcılar verməyə hazır olduğunu bildirib. Amma baş nazir Mateuş Moravetski onu da vurğulayıb ki, onlar bu addımı atacaq ilk NATO dövləti olmayacaqlar.