Qriqoryan: “Fundamental məsələlərdə irəliləyiş əldə olunmayıb”
09 May 2023
“Ermənistan və Azərbaycan bəzi məsələlərdə irəliləyiş əldə edib, lakin fundamental məsələlərdə yox. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada keçirilməsi planlaşdırılan görüşü ABŞ-dakı danışıqların davamı olacaq”.
“Sputnik-Ermənistan” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvandakı Qələbə parkında jurnalistlərə açıqlamasında deyib.
“Sülh sazişi ilə bağlı bütün məsələlər bir-birinin davamıdır, çünki müzakirə olunan məsələlər məlumdur”, - A.Qriqoryan bildirib.
O xatırladıb ki, Brüsseldə, ondan sonra Kişineuda ən yüksək səviyyədə görüşün keçirilməsi planlaşdırılır. Görüşlərə Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts da qoşulacaq.
“Danışıqlarda məlum prinsip var - hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır. Hesab edirəm ki, bu danışıqlara bu baxımdan yanaşmaq lazımdır... Bir daha qeyd etmək lazımdır ki, danışıqlar gedir. Yanaşmaların maksimum yaxınlaşması istiqamətində işləməyə və irəliyə doğru addımlamağa çalışacağıq”, - A.Qriqoryan söyləyib.