Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qoşulmama Hərəkatının Təmas Qrupunun sammitinin yekunlarına dair sənəd qəbul edilib

Qoşulmama Hərəkatının iclası sona çatır. Bu gün burda iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm.

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, platformadakı ölkələrin fərqli tarixi, mədəni, siyasi ənənələri olsa da ortaq prinsiplər mövcuddur.

“Bu sammit çərçivəsində biz ikitərəfli vacib gündəliləri müzakirə etdik, səmərəli görüşlər keçirdik. Pandemiya meydana çıxanda QH üzvləri fəal oldu. Postpandemiya dövründə də bərpa istiqamətində biz effektiv həll yoları ilə çıxış etməliyik”, - deyə nazir vurğulayıb.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan pandemiyanın başlanğıcından bəri bir sıra təşıbbüslərlə çıxış edib və bu təşəbbüslərdən tam dəstək alıb.

“Bu gün biz iqlim dəyişikliyi, ərzaq və sülh təhlükəsizliyi həmçinin qlobal məsələləri müzakirə etdik. Bu gün Azərbaycan Prezidenti iki təşəbbüsü səsləndirdi ki, bunlardan biri postpandemiya dövründə kiçik ada dövlətlərinə və Afrika ölkələrinə dəstəklə bağlıdır. İnanırıq ki, bizim bu təşəbbüsümüzü beynəlxalq ictimaiyyət dəstəkləyəcək. Biz bu ilin sonunda sədrliyimizi Uqandaya verəcəyik. Sədrliyimiz sonlansa da bizim bu platformada fəallığımız və onun prinsiplərinin reallaşması ilə bağlı qərarlığımız bitməyəcək”, - deyə xarici işlər naziri bildirib.