Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qırğızıstanın keçmiş prezidenti azadlığa buraxılıb

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev azad edilib.

Pressklub.az xəbər verir ki, bununla bağlı keçmiş prezidentin ailəsi açıqlama verib.

Atambayev 2011-2017-ci illərdə Qırğızıstan prezidenti olub. Eks-prezident 2019-cu il 8 avqustda saxlanılıb. Onun Koy-Taş Çuysk əyalətinin kəndindəki iqamətgahında xüsusi əməliyyat keçirilib. Atambayev bir sıra cinayətlərdə ittiham olunub və azadlıqdan məhrum edilib. Keçmiş dövlət katibi ittihamları qəbul etməyərək, ona qarşı siyasi təqib aparıldığını bildirir.

Qeyd edək ki, Atambayev kriminal avtoritet Aziz Batukayevin azadlığa buraxılması zamanı korrupsiyayaya yol verilməsi ittihamı ilə 11 il 2 ay həbs cəzasına məhkum edilmişdi.