Qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb, 5 ekipaj üzvündən 3 nəfər sağ qalıb
25 Dekabr 2024
Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin 3 ekipaj üzvü sağ qalıb, ikisi ölüb.
Bu barədə məlumatı Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev təsdiqləyib.
“Göyərtədə 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Təssüf ki, 38 nəfər ölüb, 29-u sağ qalıb. 5 ekipaj üzvündən 2 nəfəri ölüb, 3 nəfər sağ qalıb”, - Karabayev deyib.
Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov isə bildirib ki, AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə qara qutu aşkarlanıb.