Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qeytsdən sonra Mask da proqnoz verməyə başladı: “Yaponiya yox olacaq”

Elektrikli avtomobil istehsalçısı “Tesla” və kosmik nəqliyyat şirkəti “SpaceX”in baş icraçı direktoru (CEO) İlon Mask (Elon Musk) ölüm və doğum arasında nisbətin dəyişmədiyi təqdirdə Yaponiyanın sonda yox olacağını deyib.

Yaponiyanın “Kyodo” agentliyinin “Twitter”də paylaşdığı “2021-ci ildə ölkə əhalisinin rekord sayda azalması” xəbərinə sosial media hesabından münasibət bildirən İ.Mask yazıb: "Açıq olanı bəyan edirəm: doğum nisbətinin ölüm sayını keçməsinə səbəb olan bir dəyişiklik olmazsa, Yaponiya sonda yox olacaq."

Qeyd edək ki, aprel məlumatına əsasən, Yaponiya əhalisi 2021-ci ildə 644 min nəfər azalaraq 125,5 milyona çatıb. Bu, 11 ildir ardıcıl olaraq bu şəkildə yaşanır və 1950-ci ildən bəri ən böyük azalma müşahidə olunub.

Yaponiya hökumətinin məlumatına görə, 2021-ci ildə ölkədə 831 min doğum və 1,44 milyon ölüm qeydə alınıb.

Son məlumatlara əsasən, Yaponiya əhalisinin 29 faizi 65 yaş və yuxarı, 11,8 faizi isə 14 yaşdan aşağıdır. (SİA)