Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qeyri-neft ölkəsi: Ermənistanda yanacaq ucuzlaşacaq...

Yaxın vaxtlarda Ermənistanda dizel yanacağının qiyməti azala bilər.

"Sputnik Ermənistan" bildirir ki, bunu İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyasının sədri Qeqam Gevorqyan 2022-ci il dövlət büdcəsinin icrasına dair dinləmələrdə deyib.

O, qeyd edib ki, dövlət, o cümlədən komissiya qiymətlərin dəyişməsinə heç bir şəkildə təsir göstərmir

"Hər şey qiymətlərdən və iki əsas dizel bazarımızdan - İran və Rusiyadan idxalın nisbətindən asılıdır. Biz güman edirik ki, qiymətləri aşağı sala bilərik, amma bu hələ dəqiqləşməyib", - Gevorkyan bildirib.

Maye qazın qiymətinin son artımı ilə bağlı suala Gevorkyan cavab verib ki, onu respublikaya 80-dən çox müəssisə idxal edir, ona görə də onlar arasında qiymət razılaşması mümkün deyil.

Bu, yüksək rəqabətli və buna görə də özünü tənzimləyən bazar olduğundan, komissiya bunu təhlil etmir.

Lakin, bu məhsulun əhali üçün əhəmiyyətini nəzərə alaraq, komissiya onun alınması üçün hesab-fakturaları öyrənib.

Gevorqyan qeyd edib ki, bu fakturalar qazın qiymətinin xaricdə də artdığını təsdiqləyir.