Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qeyri-neft ixracımız hara ünvanlanıb?

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 965,4 milyon dollarlıq qeyri-neft məhsulu ixrac olunub. Hesabatı yayan Dövlət Gömrük Komitəsi ünvanlar siyahısına 333,7 milyon dollarla Türkiyənin başçılıq etdiyini bildirir.

Statistikaya əsasən, Rusiyaya 191,7, Gürcüstana 60,9, İsveçrəyə 50,9, ABŞ-a 39,4, İtaliyaya 32,3, Braziliyaya 19,3, Niderlanda 18,3, Özbəkistana 13,9, Qazaxıstana 13,3, Rumıniyaya 13, Latviyaya 11,4 milyon dollar dəyərində qeyri-neft ixracı rəsmiləşib.

Digər ölkələrin payı 166,8 milyon dollar göstərilir.