Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qərbin dəstəyi sürətlənir: Müharibədə dönüş nöqtəsi yarana bilər

“Müharibənin gedişatında dönüş nöqtəsi yarana bilər”. UNIAN xəbər verir ki, bunu ukraynalı general Viktor Yaqun deyib.

“Buna Qərbin verdiyi müasir silahlar kömək edəcək. Söhbət xüsusilə aviasiya və hava hücumundan müdafiə sistemlərindən gedir. Mən həm də hədəfləri daha effektiv vura bilən yüksək texnologiyalı təchizatları, o cümlədən PUA-ları nəzərdə tuturam. Onlar müharibənin gedişatını dəyişə bilərlər”, - o bildirib.

"Qərbin Ukraynaya hərbi dəstəyi davam edir".

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak da Ukraynaya Qərbin hərbi dəstəyinin ciddi şəkildə artdığını vurğulayıb.

O xatırladıb ki, müharibənin əvvəlində Rusiyanın tələblərindən biri də Ukraynanın tam silahsızlaşdırılması olub: "Dünyanın 40 müdafiə nazirinin dünənki əlamətdar görüşündən sonra Moskvaya çox pis xəbərim var: Qərbin Ukraynaya silah təchizatı həm sürət, həm həcm, həm də sadələşdirilmiş logistika baxımından əhəmiyyətli dərəcədə artıb”.