Qərb Ukraynanın yaz əks-hücumunun anonsunu verdi: "Yanındayıq"
14 Fevral 2023
Yazda əks-hücuma keçməsi üçün ABŞ və müttəfiqləri Ukraynaya yardım edəcəklərini bildiriblər.
BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ramştaynda keçirilən iclasda vurğulayıb.
Onun sözlərinə görə, 8 ölkə - Almaniya, Polşa, Kanada, Portuqaliya, İspaniya, Norveç, Danimarka və Niderland Ukraynaya “Leopard” tankları göndərəcək:
“ABŞ, Polşa və Çexiya tank tədarük edib”.
Pentaqonun başçısı qeyd edib ki, ABŞ, Almaniya, Niderlan artıq Ukraynaya “Patriot” Hava Hücumundan Müdafiə sistemi, Fransa və İtaliya isə SAMP/T göndərir. Nazirin sözlərinə görə, bir neçə ölkə ilə döyüş sursatı tədarükü üzrə işlə görülür.
“Washington Post” qəzeti isə ABŞ rəsmilərinin Ukraynanı döyüşlərdə daha fəal olmağa çağırdığını yazır. Çünki Kiyevin sonradan kömək alması çətinləşəcək.
ABŞ və müttəfiqlərinin Ukraynaya son yardımı ilə Ağ ev hesab edir ki, Kiyev müharibənin gedişatını qəti şəkildə dəyişə bilər. Rəsmilərdən biri bildirib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyasının fikrincə, gələcəkdə Konqresdən indiki qədər yardım istəmək çətin olacaq.
“Biz onları (Ukrayna rəhbərliyini – red.) nəyisə əbədi edə bilməyəcəyimizə inandırmağa çalışacağıq”, - deyə nəşr rəsmilərdən birinin sözlərini sitat gətirib.
Nəşrin yazdığına görə, Bayden və müşavirləri hesab edirlər ki, Kiyev hazırkı yardım paketini tükəndirdikdə ona dəstək olmaq çətinləşəcək. Qəzet qeyd edib ki, bu gələn ilin yayında baş verə bilər.
Rəsmilərin sözlərinə görə, Ukrayna Baxmutu müdafiəsinə xeyli resurs xərcləyir. Onlar iddia edirlər ki, Ukrayna Prezidenti Volodimir Zelenski şəhərə simvolik anlam verir və onun itirilməsinin Ukraynanın mənəviyyatına zərər verəcəyinə inanır.
“Baydenin köməkçiləri deyirlər ki, onlar ən yaxşı hərəkət kursu üzərindədirlər: Ukrayna danışıqlar masasına oturmazdan öncə yaxın aylarda mümkün qədər çox ərazini tutmağa şərait yaratmaq”, - materialda bildirilib.