Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qərb Putinin qələbə planlarını faş etdi: “Həmin tarixi gözləyir”

ABŞ və NATO-ya bağlı analitiklər müharibənin növbəti 10 gününün çox kritik olacağını düşünürlər. Onlar xüsusilə Mariupol bölgəsində münaqişənin arta biləcəyinə diqqət çəkirlər.

“Vaşinqton Post” qəzetinin dərc etdiyi məqalədə analitiklər Rusiyanın müharibədə üç bölgədən irəliləmək əvəzinə, bir nöqtəyə diqqət yetirəcəyini bildirir:

"Bu yolla Rusiya müharibədəki itkilərini minimuma endirməyə çalışacaq. Müharibənin başa çatması ilə bağlı Putinin ağlında 9 may tarixi var. Putinin mayın 9-unu seçməsinə səbəb kimi Rusiyanın faşist Almaniyası üzərində qeyd etdiyi Qələbə Gününü göstərmək olar. Əgər Rusiya qüvvələri quruda hərbi əməliyyatları tam bərpa edə bilsə, Ukraynanın həmin hissəsini “möhürləməyə” çalışacaqlar".

Kral Birləşmiş Xidmətlər İnstitutunun quru qoşunları üzrə mütəxəssisi və baş elmi işçisi Uotlinq hesab edir ki, Rusiya qüvvələri ciddi itkilərə məruz qalsa, təxminən dörd həftə ərzində tükənəcək:

"Bu məqamda Putin daha böyük qərarı qəbul etməli olacaq - münaqişəni “xüsusi hərbi əməliyyat”dan daha geniş döyüş meydanına keçirib-keçirməmək!

Məqalədə qeyd edilir ki, Kiyev ətrafındakı qüvvələrin çıxarılması və Rusiyanın Ukraynanın Avropa İttifaqına daxil olmasına etirazlarının azalması şimal ölkəsində müəyyən planların aparıldığının göstəricisidir. Ancaq Putinin ağlında olduğu iddia edilən 9 May tarixinə bir ay qalmış hadisələrin kritik olacağı da vurğulanır.

Analitiklər onu da bildirirlər ki, müharibənin növbəti mərhələsi təkcə Ukrayna qüvvələri üçün deyil, həm də Qərb ölkələrinin birliyi və gələcəyi üçün mühüm sınaq olacaq.