Qənirə Paşayevanın son durumu ilə bağlı açıqlama verilib
25 Sentyabr 2023
Hazırda deputat Qənirə Paşayevanın müalicəsi Mərkəzi Klinik Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirlir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir.
Bu barədə xəstəxanadan bildirilib.
Qeyd olunub ki, sentyabrın 23-ü deputat Paşayeva Qənirə Ələsgər qızı septiki şok vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub:
"Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Qənirə Paşayevanın müalicəsi Fond tərəfindən nəzarətə götürülüb. Fondun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətindən yüksək ixtisalı reanimatoloq həkim dəvət olunub. Həmin mütəxəssis həkim tərəfindən xəstə dəyərləndirilib və lazimi məsləhətlər verilib.
Hazırda xəstənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirlir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir. Müalicə zamanı tibbin bütün imkanlarından istifadə olunur. Xəstənin müalicəsi üçün Türkiyənin ən aparıcı xəstəxanalarından olan həmkarlarımızla daimi əlaqə saxlanılır və konsultasiyalar aparılır".
Yaxınlarının verdiyi məlumata görə, Q.Paşayevanın səhhətində heç bir dəyişiklik yoxdur və stabil-ağır olaraq qalır.