Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Qələbə günü"ndə Ukraynaya 1,2 milyard dollarlıq yardım

Bayden administrasiyası Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün bu həftə ölkəyə 1,2 milyard dollarlıq yeni hərbi yardım paketini elan etmək niyyətindədir. Bu, Kiyevi Rusiya Silahlı Qüvvələrinin hava zərbələrindən qorumaq məqsədilə edilir.

"ABŞ ukraynalı tərəfdaşlarını dəstəkləmək və Rusiyanı məsuliyyətə cəlb etmək üçün addımları davam etdirəcək", -brifinqdə Dövlət Departamentinin nümayəndəsi Vedant Patel bildirib.

Bazar ertəsi Kiyevə olan raket hücumlarını şərh edən Patel deyib ki, "bu, Rusiyanın hərbi cinayətləri siyahısında növbəti bənddir".

Putin Ukraynadan çıxmaq və bu mənasız qurbanlara son qoymaq əvəzinə "yenidən eskalasiyanı seçir", - Patel əlavə edib.