Qazaxlar yenə ayağa qalxır
08 Fevral 2022
Qazaxıstanda Janaozen şəhərinin yüzlərlə sakini ötən ay baş vermiş antihökumət iğtişaşlarının ardınca fevralın 7-də yenidən iş tələbi ilə etiraza çıxıb.
Etiraz aksiyasına 6-cı gündür ki, çıxanlar yerli neft sənayesindən və yerli hökumətdən 2500 qadın və kişi üçün iş tələb ediblər.
Şəhər meri Maqsat İbagarov etirazçılarla görüşərək onların tələblərinə baxılması üçün birgə komissiya yaradılmasını təklif edib.
Lakin etirazçılar təklifi rədd ediblər və İbagarovun, prezident Kasım-Jomart Tokayevin və Mangistau qubernatoru Nurlan Noqayevin onların tələblərini dərhal yerinə yetirmələrini istəyiblər.
Janaozen neftlə zəngin Qazaxıstanda illərdir ki, müxtəlif səbəbli etirazların episentri olub.
Ötən ay baş vermiş zorakı və qanlı etirazların ardınca prezident Tokayev “Gəlin yeni Qazaxıstanı birlikdə quraq!” şüarı irəli sürüb.
O habelə müxtəlif regionlarda və müxtəlif səviyyələrdəki bir çox məmurları yeniləri ilə əvəzləyib.
Lakin fevralın 5-də Qazaxıstanın ən böyük şəhəri Almatıda keçirilən etiraz aksiyasında Tokayevin Erbolat Dosayevi mer təyin etmək qərarı pislənib və Tokayevin istefası tələb olunub.

Bu arada Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) fevralın 7-də bildirib ki, qurumun keçmiş sədr müavini Daulet Ergojin yanvarda baş vermiş toqquşmalarla bağlı məhkəməyə qədər saxlanıb.