Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstan xarici pasportlarında çip tapıldı - İnsanlar izlənir? - VİDEO

Qazaxıstanda insanların xarici pasportlarında tapdıqları çiplər müzakirəyə səbəb olub.

Sosial şəbəkələrdə yayılan videolardan sonra insanlar xarici pasportlarını cıraraq onun içərisində çip axtarmağa başlayıblar.

Onlar inanırlar ki, dövlət öz hüdudlarından kənarda olan vətəndaşlarını bu çiplər vasitəsilə izləyir.

Qazaxıstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verərək xarici pasportlarda çiplərin olmasına aydınlıq gətirib. Bildirilib ki, elektron pasportlar dünyanın bir çox ölkəsində tətbiq edilib:

“Qazaxıstanda 2009-cu ildən pasportlar, həmçinin mikrosxemli şəxsiyyət vəsiqələri istehsal olunur. Çip vətəndaş haqqında fərdi məlumatların saxlanması üçün nəzərdə tutulub və şəxsin şəxsiyyətini müəyyənləşdirməyə imkan verir. Sərhəd-buraxılış məntəqələrinin keçidinin və digər dövlətlərdə pasport-viza nəzarətinin elektron sistemlər vasitəsilə sadələşdirilməsi məqsədilə çipli pasport tətbiq edilib. Pasportlardakı çiplər sərhədi keçərkən yalnız xüsusi oxuyucularla qarşılıqlı əlaqə yaradır”, - nazirliyin açıqlamasında deyilir.