Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Qardaşlığımız əbədidir” QHT koalisiyası Türkiyəyə dəstək aksiyası keçirib- VİDEO

Bu gün “Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri Emin Həsənlinin təşkilatçılığı ilə bir neçə QHT sədri və nümayəndələri Azərbaycandakı Türkiyə səfirliyi önündə dəstək aksiyası həyata keçiriblər.  Səfirliyin önünə  gül çələngi və tər qərənfillər qoyan iştirakçılar hadisə nəticəsində həlak olanları 1 dəqiqəlik sükutla yad ediblər.


Pressklub.az xəbər verir ki,  dəstək aksiyasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri  Emin Həsənli çıxış etdi. Emin Həsənli: “Qardaş Türkiyəyə daima dəstək olacağıq, Türkiyənin sevinci, sevincimiz, kədəri kədərimizdir. Hadisə bütün türk dünyasını sarsıtdı. Allah orada vəfat edən bütün qardaş-bacılarımıza rəhmət eləsin, yaralılara da acil şəfa versin”.


Azərbaycanın  Milli Qəhrəmanı general-mayor Polad Həşimovun  anası Səmayə xanım çıxış edərək Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanında olacağımızı, əlimizdən gələn bütün yardımları edəcəyimizi bildirdi.


Dəstək aksiyasında “Ehtiyatda Olan Zabitlər Konfedrasiyası” İctimai Birliyinin idarə heyətinin üzvü, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyin sədri Füzuli Rzaquliyev, “ Qarabağ Qaziləri” İctimai Birliyin sədri Asəf Əliyev, “Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası” İctimai Birliyinin sədri Emin Şirvanzadə, "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədri Maral Zamanova, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, “Çernobel Əlilləri” İctimai Birliyinin sədri  Mirhəsən Həsənov, ehtiyyatda olan  polkovnik Xətai Baxışov, Hikmət Ağayev, “Qardaşlığımız əbədidir” koalisiyasının idarə heyətinin üzvü  Əkbər Qoşalı, "Milli Qəhrəmanları Tanıtım" İctimai Birliyinin sədri  Elşən Uluxanlı Türkiyəyə həmrək olduqlarını bildirdilər.


Aksiyada I və II Qarabağ müharibəsi qaziləri, Şəhid ailələri, Çernobel əliləri,  20 Yanvar şəhid ailələri də iştirak ediblər.


Bir neçə QHT sədri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı görüşərək, baş verən hadisəyə üzüldüklərini bildirərək başsağlığı veriblər.


https://www.youtube.com/watch?v=O96BYlIAZ2w