Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Qardaş Köməyi” platformasının rəhbərliyi Süleyman Soylu ilə görüşüb - FOTO/VİDEO

Azərbaycan hökuməti, vətəndaşları və ictimai sektoru Türkiyədə zəlzələdən zərər çəkənlərə kömək etməkdə davam edir.

Xəbər verdiyimiz kimi, zəlzələdə zərər çəkənlərə yardım məqsədilə yaradılmış “Qardaş Köməyi” platformasının rəhbərliyinə daxil olan bir qrup şəxs fəlakət bölgəsinə səfər ediblər.

Onlar səfər çərçivəsində Kahramanmaraş, Hatay və zəlzələdən ziyan çəkən digər ərazilərə baş çəkəcək, yerli nümayəndələrlə dəstək məsələlərini müzakirə edəcəklər.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Pressklub.az saytına bildirib ki, platforma təmsilçiləri səfərin ilk günü Türkiyə Daxili İşlər naziri Süleyman Soylu ilə görüşüblər.

Onun sözlərinə görə, Azərbaycan təmsilçiləri Süleyman Soylu ilə yaranmış böhran vəziyyətini müzakirə edib, lazım olan yardımlar və bu yardımların çatdırılması yolları ilə bağlı məsləhətləşmə aparıblar.



Görüş zamanı platforma təmsilçiləri qardaş Türkiyəyə maddi və mənəvi köməyin davam edəcəyini bildiriblər. Öz növbəsində Süleyman Soylu Azərbaycan xalqına və dövlətinə minnətdarlığını bildirib.

Platforma təmsilçiləri yerlərdə humanitar əməliyyatlarda iştirak edən hərbçilər və mülki şəxslərlə də görüşüblər.

 

https://www.youtube.com/watch?v=An15T8htbLc&t=51s