Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarabağdakı rejim süqutunu yaşayır? - VİDEO

Yanvarın 14-də Qarabağda bəzi mənbələr qondarma rejimin "dövlət naziri" Ruben Vardanyanın tezliklə istefa verəcəyi barədə məlumat yayıb. Bir gün sonra Vardanyan özü bu məlumatları təkzib edib, vəzifədən getmək niyyətində olmadığını, sonuna qədər mübarizə aparacağını bildirib. Bir gün sonra isə Ermənistan mənbələri "Təhlükəsizlik Şurası"nın iclasının keçirildiyini, iclasda "iki qarşı tərəfin" razılıq əldə etdiyini açıqlayıb. Bu fonda separatçıların rəhbərliyinin nəzarəti altında olan informasiya resursları Qarabağda növbədənkənar "parlament" və "prezident seçkiləri" keçirilə biləcəyi haqqında məlumat yayıb. Xüsusən, yanvarın 14-də qondarma rejimin "parlamentinin spikeri" Artur Tovmasyan "prezident seçkiləri" keçirilsə, seçkilərdə iştirak edəcəyini bildirib.

“Hraparak” qəzeti yazıb ki, Araik Arutyunyan və Ruben Vardanyan “istefa”ya gedir. Nəşr öz mənbələrinə istinadla bildirir ki, A.Arutyunyan qondarma rejimin keçmiş “rəhbəri” Bako Saakyanla “dövlət naziri”nin dəyişdirilməsi məsələsini müzakirə edib.

Bu arada, yanvarın 16-da Araik Arutyunyan "Qarabağın Milli Təhlükəsizlik Xidmətinin" rəhbəri Aşot Akopcanyanı vəzifədən azad edib. Onun yerinə cəmi bir həftə əvvəl Qarabağın "Təhlükəsizlik Şurasının" sədri vəzifəsinə təyin edilən Ararat Melkumyan təyin edilib. Bu vəzifəni isə Samvel Şahramanyan tutub.

Yanvarın 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan separatçı rejimin yeni “xarici işlər naziri” Arsen Qazaryanı bu “vəzifəyə” təyin olunması münasibətilə təbrik edib. Erməni mənbələrinin yazdığına görə, Mirzoyan “qarabağlı həmkarı ilə Laçın dəhlizinin bağlanması nəticəsində yaranmış vəziyyəti” müzakirə edib və ona “fəaliyyəti”ndə uğurlar arzulayıb.

Yeri gəlmişkən, Qarabağdakı ermənilərə ərzaq talonlarının verilməsinə başlanıb. Yerli sakinlər yanvarın 17-dən bitki yağlarını, düyünü, makaronu, qarabaşaq yarmasını və şəkəri talonlara ala biləcəklər.

Baş verənlər barədə siyasi şərhçi Elxan Şahinoğlu Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.

https://www.youtube.com/watch?v=qBXic1HvjC4&t=1083s