Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarabağda Monte Melkonyanın abidəsini söküblər - FOTO

Bu gün Xocavənd şəhərində (Martuni) erməni terrorçu Monte Melkonyanın abidəsi sökülüb. Bunu ermənilər özləri ediblər, başa düşüblər ki, azərbaycanlılar abidəni məhv edəcəklər.

Hazırda Azərbaycan hərbçilərinin işi abidənin Ermənistana aparılmasına yol verməməkdir.

Xatırladaq ki, Melkonyan 1993-cü il iyunun 12-də Ağdam rayonunun Mərzili kəndində Azərbaycan Silahlı Qüvvələrinin 708-ci briqadasının döyüşçüləri tərəfindən öldürülüb.

Melkonyan Qarabağ ordusunun istiqamətlərindən birinin komandiri olub, Ağdam və Kəlbəcər rayonlarının işğalı əməliyyatlarına rəhbərlik edib.

Onun əli yüzlərlə dinc azərbaycanlı və əsgərin qanına batıb.

ABŞ vətəndaşı Monte Melkonyan ASALA terror təşkilatında ikinci şəxs olub və 1990-cı ildə Avo adı ilə Qarabağa gəlib.