Qarabağ separatçıları Rusiyadan humanitar yardım qəbul etməkdən imtina edirlər
11 Sentyabr 2023
Əsgəran şəhərində yaşayan bir qrup erməni bir neçə gündür Ağdam-Əsgəran yolunu bağlayır. Onlar öz "prezidentləri" Samvel Şahramanyanın Qarabağın Rusiya Qızıl Xaç Komitəsi tərəfindən göndərilən humanitar yardımı qəbul etməyə hazır olduğu haqqında bəyanatından sonra da yolu açmayıblar.
Bununla belə, Əsgəran-Ağdam yolundakı aksiyanın iştirakçıları sosial şəbəkələrdə Ağdam tərəfdən istənilən yükü heç bir halda buraxmayacaqları və yolu nə qədər lazımdırsa, o qədər də bağlı saxlayacaqları haqqında videomüraciətlər yayırlar.
Xatırladaq ki, Rusiyadan Qarabağ sakinləri üçün göndərilmiş ərzaq və digər humanitar yükü daşıyan yük maşını iki gündür Bərdə şəhərindədir və Xankəndinə buraxılmağı gözləyir.