Qarabağ separatçıları düşərgəsində gərginlik artır
16 Yanvar 2023
Ötən şənbə Qarabağda bəzi mənbələr "dövlət naziri" Ruben Vardanyanın tezliklə istefa verəcəyi barədə məlumat yayıb. Bir gün sonra Vardanyan özü bu məlumatları təkzib edib, vəzifədən getmək niyyətində olmadığını, sonuna qədər mübarizə aparacağını bildirib.
Bazar günü axşam Ermənistan mənbələri "Təhlükəsizlik Şurası"nın iclasının keçirildiyini, iclasda "iki qarşı tərəfin" razılıq əldə etdiyini açıqlayıb.
Bu fonda separatçıların rəhbərliyinin nəzarəti altında olan informasiya resursları Qarabağda növbədənkənar "parlament" və "prezident seçkiləri" keçirilə biləcəyi haqqında məlumat yayıb. Xüsusən, yanvarın 14-də "parlamentin spikeri" Artur Tovmasyan "prezident seçkiləri" keçirilsə, seçkilərdə iştirak edəcəyini bildirib. Bu bəyanatı Qarabağlıların bütün hakimiyyəti Ruben Vardanyanın şəxsində kənardan gələn şəxsə vermək istəməməsi kimi qiymətləndirmək olar.
Baş verənlər Ruben Vardanyan fiquru ilə birbaşa əlaqəsi olan separatçıların düşərgəsində ciddi fikir ayrılıqlarına dəlalət edir. Yerevanın mövqeyinin də bu fikir ayrılıqlarına təsir edəcəyinə şübhə yoxdur.
Belə ki, ötən həftə baş nazir Nikol Paşinyan hökumətin iclasında çıxışında bildirib ki, Qarabağ "hakimiyyəti" Bakı ilə birbaşa danışıqlar aparmalıdır. Bununla da o, qarabağlılar Yerevanın mövqeyini qəbul etmirsə, bunun nəticələrinə görə məsuliyyətin onların öz üzərində olacağına eyham edib.
Öz növbəsində, Ermənistan parlamentinin spikeri Alen Simonyan daha qətiyyətli fikir bildirib. O, jurnalistlərlə söhbətində qəti şəkildə bildirib ki, "Stepanakert özü Bakı ilə razılaşmalıdır" və Yerevan bunu etməyəcək.
Bütün bu bəyanatlar "Bakıdan pul alıb" Ruben Vardanyanı kənarlaşdırmağa çalışan Qarabağın hazırkı "prezidenti" Araik Arutyunyanı nüfuzdan salan nəşrlərlə müşaiyət olunub.
Bu arada, bu gün, yanvarın 16-da Araik Arutyunyan "Qarabağın Milli Təhlükəsizlik Xidmətinin" rəhbəri Aşot Akopcanyanı vəzifədən azad edib. Onun yerinə cəmi bir həftə əvvəl Qarabağın "Təhlükəsizlik Şurasının" sədri vəzifəsinə təyin edilən Ararat Melkumyan təyin edilib. Bu vəzifəni isə Samvel Şahramanyan tutub.
Bu yerdəyişmələrin yuxarıda deyilənlərlə nə dərəcədə əlaqəsi olduğu yaxın günlərdə aydın olacaq. (Turan)