Qarabağ "seçkiləri": Babayan Bakı ilə danışıqlar, Vardanyan isə hamı ilə mübarizə aparır
07 Sentyabr 2023
Deyəsən, Qarabağ separatçılarının lideri bir neçə gün əvvəl "dövlət naziri" təyin edilmiş Samvel Şahramanyan olacaq.
"Prezident" seçkiləri sentyabrın 9-da "parlamentin" iclasında keçiriləcək, bu barədə "Azadlıq" Radiosunun Ermənistan xidməti məlumat yayıb. Lakin beş fraksiyadan dördü artıq indidən Şahramanyanın namizədliyini irəli sürüb.
"Parlamentdə" böyüklüyünə görə ikinci fraksiyanın lideri Samvel Babayan bildirib ki, onun "Tək vətən" partiyasının üzvləri səsvermədə iştirak etməyəcəklər. O, Şahramanyanın namizədliyi ilə razı olmadığını açıq şəkildə ifadə edib. Buna qədər Babayan "prezident" vəzifəsinə öz namizədliyini irəli sürməyə çalışıb, amma Qarabağ elitası arasında dəstək tapmayıb.
Lakin o, artıq özünü Qarabağın lideri kimi aparır, Bakı ilə danışıqlar apardığını və humanitar böhranın aradan qaldırılmasına dair təklifləri Azərbaycana təqdim etdiyini bildirib. Amma bu təklifləri kimə və hansı kanallara təqdim etdiyinə və hansı cavabı aldığı barədə heçnə deməyib.
Babayan öz təklifini yalnız ümumi şəkildə ifadə edir: əvvəlcə azərbaycanlılarla qarşılıqlı etimad əldə etmək, daha sonra isə siyasi həllə keçmək. O iddia edir ki, "Dağlıq Qarabağ hakimiyyətinin" də Bakı ilə hər gün əlaqə saxladığına dair məlumata malikdir.
Hakimiyyətə daha bir namizəd, rusiyalı biznesmen və keçmiş "dövlət naziri" Ruben Vardanyan bortdan kənarda qalıb və dəstək tapmayıb. Bununla belə, o, Qarabağı Azərbaycanın tərkibində tanıyacaq istənilən hakimiyyətə qarşı mübarizə aparmağı vəd edir.
Samvel Şahramanyana (1978-ci il təvəllüdlü) gəlincə, o, əvvəllər "Qarabağın Təhlükəsizlik Xidmətinin" rəhbəri vəzifəsini tutub, daha sonra "gənclər və idman naziri" olub və ötən həftə əvvəlki "prezident" Araik Arutyunyan onu "dövlət naziri" təyin edib.