Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarabağ qazisi intihar etdi

Biləsuvarda intihar hadisəsi olub.

Hadisə rayon ərazisində yerləşən məcburi köçkünlər üçün nəzərdə tutulan qəsəbədə baş verib.

Cəbrayıl rayon sakini, 27 yaşlı Əlisahib Malik oğlu Məmmədov yaşadığı evin həyətində özünü asıb.

Onun canına qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Ə.Məmmədov İkinci Qarabağ Müharibəsi qazisidir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.