Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarabağ atları hərracda - ilkin satış qiymətləri açıqlandı

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC-nin aprelin 15-də hərraca çıxaracağı Qarabağ atlarının ilkin satış qiymətləri açıqlanıb.

Şirkətdən verilən məlumata görə, hərraca 3 Qarabağ atı - Sahil, Zilaxar və Sultan çıxarılacaq.

Onlara müvafiq olaraq 5 min manat, 7 min manat və 30 min manat qiymət qoyulub.

Xatırladaq ki, hərrac Qobustan Heyvandarlıq Nümayiş Kompleksində keçiriləcək. Hərracda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər. Kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək, atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və onlar sığortalanacaq.

Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır.