"Qarabağ" 536 gündən sonra Azərbaycan çempionatında uduzdu
16 Aprel 2023
"Qarabağ" Azərbaycan çempionatında 536 gündən sonra ilk məğlubiyyətini alıb.
Pressklub.az xəbər verir ki, bu, Premyer Liqanın 30-cu turunda "Sabah"la oyuna təsadüf edib.
Qarşılaşmada bakılıların 2:1 hesablı qələbə qazanıblar. Murad Musayevin başçılıq etdiyi kollektiv Ağdam təmsilçisinin çempionatda 18 aylıq məğlubiyyətsizlik seriyasına son qoyub.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda buna qədər sonuncu dəfə 2021/2022 mövsümünün 8-ci turunda səfərdə “Səbail”ə uduzub. 2021-ci il oktyabrın 25-də keçirilən matçda "dənizçilər" 3:1 hesablı qələbə qazanıb.
“Qarabağ” iki məğlubiyyət arasında keçirdiyi 49 oyunun 40-da qələbə qazanıb, 9-da rəqibləri ilə heç-heçə edib.
Hazırda “Qarabağ” 77 xalla turnir cədvəlinə başçılıq edir. “Sabah” isə 68 xalla ikinci pillədə qərarlaşır.