Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qara dənizdə Türkiyə bayraqlı balıqçı gəmisinə hücum edilib, ölən və yaralananlar var

Türkiyənin Qara dəniz hissəsində balıqçı gəmisinə edilən hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu barədə Türkiyənin Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, Kırımın qərbində, Sevastapol sahilləri yaxınlığında "Duru 67" adlı balıqçı gəmisinə hücum edilib. Hadisə nəticəsində gəmi batıb.

"Hadisə ilə bağlı Türkiyə Sahil Mühafizəsinə məxsus gəmis tibbi heyətlə birlikdə bölgəyə göndərilib. Daha sonra həlak olan şəxsin meyiti və yaralılar Sahil Mühafizəsinin gəmisinə təhvil verilib",- məlumatda qeyd olunub.

Tibbi yardım göstərildikdən sonra yaralıların İnebolu limanına çatdırılması üçün tədbirlər görülüb.