Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qaqauz muxtariyyətinin rəhbəri 7 il həbs cəzası alıb, əmlakı müsadirə edilib

Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xarici KİV-lər məlumatına görə, bu barədə onun vəkili Natalya Bayram məlumat yayıb.

Qeyd olunub ki, Qutsul 2023-cü ildə seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinib. O, cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək.

Kişineu rayon məhkəməsi Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun təxminən 2,4 milyon dollar məbləğində əmlakının müsadirəsi ilə bağlı prokurorların tələbini təmin edib.

"Məhkəmə əmlakın müsadirəsi ilə bağlı prokurorların tələbini təmin edib. Söhbət Qutsuldan 42 milyon Moldova leyi (2,4 milyon dollar) məbləğində vəsaitin alınmasından gedir ki, bu da istintaq tərəfindən "Şor" partiyasının maliyyələşdirilməsi işi çərçivəsində guya ona köçürülmüş vəsait kimi göstərilib", - o bildirib.