Qalmaqallı prosesdə adı keçən azərbaycanlı kimdir?
17 May 2023
Ötən gündən etibarən dünyanın nüfuzlu media orqanlarında deputat Cavanşir Feyziyevin işi üzrə London “Westminster Magistrates” Məhkəməsinin qərarında adı hallanan şəxsin kimliyinin müəyyən olunduğu ilə bağlı silsilə məqalələr dərc olunur.
BBC-yə istinadən xəbər verir ki, həmin şəxsin britaniyalı məşhur iş adamı, xeyriyyəçi və Mühafizəkarlar Partiyasının ianəçisi Cavad Marandi olması müəyyənləşib. O, əslən İranın Marand şəhərindəndir. Etnik azərbaycanlı olan iş adamı Böyük Britaniya vətəndaşıdır.
O, uzun müddətdir kimliyinin üzə çıxarılmasının reputasiyasına xələl gətirəcəyini əsaslandırırmış. Belə ki, bütün məhkəmə sənədlərində Marandinin kimliyi “MNL” olaraq keçir. Buna cavab olaraq Britaniya Yayım Korporasiyası BBC və “The Evening Standard” qəzeti iş adamının adının açıqlanmasını tələb edərək məhkəməyə müraciət ediblər. Nəticədə 19 aylıq mübarizədən sonra London məhkəməsi jurnalistlərin iddiasını təmin edib və Feyziyev işi üzrə hökmdə adı çəkilən “nüfuzlu azərbaycanlı iş adamının” Cavad Marandi olduğunu elan edib.
Məhkəmənin qərarına görə, burada əsas rolu “Avromed” şirkəti oynayıb.
İş adamının sözçüsü məsələ ilə bağlı açıqlamasında Marandinin baş verən proseslərdən məyusluq keçirdiyini bildirib: “Cənab Marandi məhkəminin onun reputasiyasına dəyəcək ziyanı bilə-bilə belə qərar qəbul etməsindən dərin məyusdur”.
Qeyd edək ki, 55 yaşlı Cavad Marandi məşhur dizayn brendi “The Conran Shop” və “Anya Hindmarch”da paya, dəbdəbəli çanta firmasına, özəl üzvləri olan kluba və hotelə sahibdir. Onun Azərbaycanda 20-dən çox “McDonalds” restoranı və bir çox beynəlxalq brendin distribütorluğunu həyata keçirən siqaret firması var.
Biznesmen, həmçinin Londonda təxminən 22,5 milyon funt sterlinq dəyərində bir ev, iki xüsusi təyyarə və üzüm şərabı zavoduna sahibdir.
Biznesmen azərbaycanlı onkoloq Əli Əlizadənin qızı Nərminə Marandi (Əlizadə) ilə evlidir. Cütlüyün bu evlilikdən 3 övladı var.
Nərminə Əlizadə “BFC Fashion Trust”ın himayəçisi və idarə heyətinin üzvü, “Serpentine” qalereyalarının Mədəniyyət və Sosial Komitəsinin həmsədridir. Onun sahib olduğu müəssisələrin bank dəyərində ümumi məbləği 12 milyon, aktivlərinin dəyəri isə 24,1 milyon funt sterlinqdir.
Xatırladaq ki, 2022-ci ilin yanvarında London məhkəməsi Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi barədə qərarvermişdi.