"Qalatasaray" "Qarabağ"a qalib gəldi
26 Mart 2023
Bu gün "Qarabağ" və "Qalatasaray" arasında xeyriyyə oyunu keçirilib.
Pressklub.az xəbər verir ki, azarkeşlər tərəfindən maraqla gözlənilən matç Bakı Olimpiya Stadionunda oynanılıb. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesabı 4-cü dəqiqədə “Qalatasaray”ın hücumçusu Bafetimbi Qomis açıb. “Qarabağ” 19-cu dəqiqədə Redon Cicanın qolu ilə hesabı bərabərləşdirib. 87-ci dəqiqədə Mauro İkardinin penaltidən vurduğu qol isə yekun hesabı müəyyənləşdirib.
Bu, iki komanda arasında tarixdə ilk oyun olub.
Matçdan əldə olunacaq bütün gəlir Türkiyədə zəlzələdən zərərçəkənlərə ayrılacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi hazırda Azərbaycan Premyer Liqasında, İstanbul klubu isə Türkiyə Superliqasında liderdir.