Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin köməkçisi İranda

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi İqor Levitin İrana səfər edib.

Pressklub.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Levitin Şimal-Cənub dəmir yolu layihəsini müzakirə etmək üçün İrana gedib.

Məlumatda o da bildirilib ki, Levitin İran paytaxtına iki günlük səfəri çərçivəsində İran rəsmiləri, o cümlədən İranın birinci vitse-prezidenti Məhəmməd Mohber və İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş ilə görüşlər keçirəcək.

Həmçinin əlavə olunub ki, Rusiya Prezidentinin köməkçisinin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə də görüşü nəzərdə tutulub.