Putindən "taxıl sazişi" ilə bağlı iki şərt
06 Sentyabr 2023
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara Dəniz Taxıl təşəbbüsünün (“Taxıl sazişi”nin) yenilənməsi üçün Rusiya Prezidenti Vladmir Putinin 2 şərtini açıqlayıb.
Şərtlərdən biri Rusiya Kənd Təsərrüfatı Bankının (Rosselxozbank) Türkiyənin “Ziraat Bankı”nın SWIFT sisteminə qoşulmasından ibarətdir.
Putinin ikinci şərti taxıl nəqlində iştirak edən gəmilərin sığortalanması məsələsinin həllidir.
İkinci şərtdə güman ki, rus gəmilərinin sığortalanmasından gedir, çünki digər ölkələrin gəmilərinin sğortalanmasına məhtudiyyət tətbiq olunmayıb. Bunun yerinə yetirilməsi mümkün görülmür, çünki, bu məsələ kollektiv qərbin (Amerika və Avropa İttifaqının) birgə sanksiyasıdır, onun aradan qaldırılmasına hər bir ölkə razılıq verməlidir.
Birinci məsələ ağla batandır. Görüşdən bir neçə gün əvvəl Putin Rosselxozbankın SWIFT sisteminə bir başa qoşulması təklifini səsləndirdikdə, elə rus ekspertləri də bunun mümkün olmayacağını söyləyirdilər. Ərdoğanın səsləndirdiyi fikirdə isə rus bankının “Ziraat Bankı”nın SWIFT sisteminə qoşulmasından söhbət gedir. Rusiyanın eksportunda kənd təssərüfatı üçün gübrə ixracı önəmli yer tutur. Milyardlarla dövriyyəsi olan bu sahənin valyutası türk bankında saxlanması, həm də türk lirəsinin son dövürlər düşməsinin qarşısını ala bilər. Əgər Ərdoğan bunu yerinə yetirə bilsə, bu onun uduşu olacaq, həm “Taxıl sazişi” bərpa olacq, həm də türkiyə iqtisadiyyatı udacaq.