Putindən hiyləgər təklif: "MDB-nin bütün üzvləri KTMT-də müşahidəçi olsunlar"
16 May 2022
Rusiya Prezidenti Vladmir Putin MDB-yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunun verilməsini təklif edib.
Bu barədə Putin KTMT-nin Kremldə keçirilən sammitində bildirib.
KTMT sammitinin yekunu ilə bağlı bəyanat imzalanıb.
Bəyanatda NATO ilə qarşılıqlı fəaliyyət, nasizm, irqçilik və ksenofobiya ilə mübarizəyə dair maddələr yer alıb.
“Avrasiya regionunda davamlı sülhün təmin edilməsində öz məsuliyyətimizi dərk edərək, biz qitədə gərginliyin azaldılmasının vacibliyini vurğulayır və Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə əməli əməkdaşlıq qurmağa hazır olduğumuzu bir daha təsdiqləyirik.
Biz nasist təcavüzünə qarşı mübarizədə birgə töhfəmizlə bağlı tarixi hadisələri saxtalaşdırmaq cəhdlərini qətiyyətlə pisləyirik. Biz birlikdə nasizmi qəhrəmanlaşdırmaq və neonasizmi yaymaq cəhdlərinə, eləcə də irqçilik və ksenofobiyaya qarşı mübarizə aparmağa davam edəcəyik”, - bəyanatda qeyd olunub.