Putin Türkiyəyə getməyə hazırlaşır, yoxsa yox?
17 May 2022
Bəzi kütləvi informasiya vasitələrində Rusiya Prezidenti Vladimir Putinin yaxıb vaxtlarda Türkiyəyə səfərə gedəcəyi barədə məlumat yayılıb.
Məsələn, Türkiyənin “Yeni Şafak” qəzeti yazıb ki, Rusiyadan yüksək səviyyəli nümayəndə heyəti Ankaraya səfər edəcək. Nəşr iddia edir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novakın rəhbərlik etdiyi ticarət heyəti sabah, mayın 18-də Türkiyədə olacaq. Nümayəndə heyəti iqtisadiyyatla bağlı olan nazirliklərlə yüksək səviyyəli görüşlər keçirəcək.
Bundan başqa, qeyd olunub ki, Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə bir çox Avropa şirkəti Rusiya bazarından çəkilib. Bu aydan etibarən Rusiya Aİ və Afrikadan heç bir məhsul ala bilməyəcək. Nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə də bu məsələ gündəmdə olacaq. Türkiyə şirkətlərinin Rusiya bazarında yer alması üçün addımlar atılacaq.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı rusiyalı həmkarı Vladimir Putini Ankaraya yüksək səviyyəli işgüzar səfərə dəvət etmişdi. Bu çərçivədə yaxın günlərdə V.Putinin Türkiyəyə səfər edəcəyi gözlənilir.
Lakin Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin yaxın günlərdə Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumatları təkzib edib. Kremlin sözçüsü Putinin yaxın günlərdə Ankaraya səfərinə hazırlıq getmədiyini bildirib.